“Qeyri-sabit geosiyasət, yeni təhlükə və çağırışlar şəraitində biz milli maraqlarımızı, suverenliyimiz və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq”.
Qazaxıstan KİV-i xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət mükafatları, ali hərbi və xüsusi, eləcə də məmur rütbələrinin təltifi mərasimində bildirib.
“Ona görə də müdafiə potensialımızı gücləndirmək bizim həmişə vacib prioritetimiz olacaq”, – Kasım-Jomart Tokayev vurğulayıb.
Onun sözlərinə görə, müasir və yaxşı silahlanmış ordu Qazaxıstan dövlətinin etibarlı dayağıdır.pressklub