image-sirbistanda-facia-6-kisi-yanarak-can-verdi-x6tabackend

Serbiyada fəlakət! 6 nəfər yanaraq ölüb

Serbiyanın Novi Sad şəhərində bir evdə baş verən yanğında 4-ü uşaq olmaqla 6 nəfər ölüb.
Elchi.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, gecə saatlarında Novi Sad şəhərinin Salajka rayonunda evdə yanğın baş verib. Hadisə yerinə gedən yanğınsöndürənlər yanğını nəzarətə götürərək 2 saatlıq müdaxilədən sonra söndürüb.
Yanmış evə baxış keçirən polis qrupları 4-ü uşaq olmaqla 6 nəfərin eyni ailədən olduğunu və öldüyünü müəyyən edib.
Serbiyanın daxili işlər naziri İvitsa Daçiç verdiyi açıqlamada yanğının elektrik skuterin doldurulması nəticəsində baş verdiyi şübhəsinə diqqət çəkdiklərini və həyatını itirənlərin cəsədlərinin yarılma üçün göndərildiyini bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki