image-1653112805_xankendi-xilasedicilerbackend

Rusiyadan daha bir TƏXRİBAT: Qarabağdakı ermənilərə Ufada xüsusi təlim keçiriləcək…

“Ufadan dəvət olunmuş mütəxəssislər Xankəndndə ermənil xilasedicilərə təlim keçir və daha sonra İxtisaslı təlimatçıların ən yaxşıları Ufaya gedəcək, orada dakurslarda iştirak etməyə davam edəcəklər…”

“Ümid edirik ki, Azərbaycanın müvafiq qurumları Rusiya tərəfinin bu addımına qarşı gərəkli münasibət bildirəcək…”

Rusiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı daha bir addım atıb. Belə ki, Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti Qarabağdakı separatçı-terrorçu rejimin qanunsuz “fövqəladə hallar nazirliyi”nin şəxsi heyətinin hazırlanması və ixtisasartırma planına uyğun olaraq” Xankəndində ermənilər üçün təlim sınaqları təşkil edib.

Alp.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

“Mayın 10-dan Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzinin təşkilatçılığıyla Rusiyanın Ufa şəhərindən dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilən təlim sınaqlar uğurla başa çatıb və xilasedicilərə ixtisas sertifikatları verilib. İxtisaslı təlimatçıların ən yaxşıları Ufaya gedəcək, orada kurslarda iştirak etməyə davam edəcəklər, bundan sonra onlar da öz növbəsində Artsax üçün yeni kadrlar hazırlayacaqlar…

Fövqəladə hallar nazirinin birinci müavini Artyuş Qriqoryanın sözlərinə görə, Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzi mühüm işlər görür, iki ölkənin qurumları arasında sıx və səmərəli əməkdaşlığı daha da gücləndirir. Nazir müavini əlavə edib ki, müntəzəm təlimlər nəticəsində xilasedicilərin nəzəri və praktiki bacarıqlarının artırılması yüksək qiymətləndirilir…

Ufadakı “ProfService” təlim mərkəzinin direktoru Svetlana Çerkasova öz növbəsində bildirib ki, erməni xilasedicilər təlim zamanı yaxşı nəticələr əldə ediblər”- erməni nəşrlərinin yaydığı xəbərdə belə deyilir.

Ümid edirik ki, Azərbaycanın müvafiq qurumları Rusiya tərəfinin bu addımına qarşı gərəkli münasibət bildirəcək…Moderator.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki