image-rusya-norvecteki-konsolosluk-personeli-sayisini-2ye-dusuruyor-bylibackend

Rusiya Norveçdəki konsulluq işçilərinin sayını 2-yə endirir

Rusiyanın Norveçdəki səfirliyi ölkədəki konsulluq işçilərinin sayını 2-yə endirəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Rusiya Norveçdəki diplomatik nümayəndələrinin sayını azaldır. Rusiyanın Oslodakı səfirliyindən verilən açıqlamada Norveç səlahiyyətlilərinin tələbi ilə ölkədəki konsulluq işçilərinin sayının oktyabrın 17-dək 2 nəfərə endiriləcəyi bildirilib.
Norveç Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bu qərarın diplomatların ölkədən çıxarılması ilə bağlı olmadığı və hər iki ölkədə diplomatik mövcudluğu təmin etmək üçün Rusiya ilə dialoqun qurulduğu bildirilib.
2023-cü ilin aprelində Norveç administrasiyası artan kəşfiyyat təhlükəsi səbəbindən Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını persona non qrata elan edib. Rusiya isə Norveçin qərarını “son dərəcə düşməncəsinə addım” kimi qiymətləndirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki