image-nbksuhl2hfyjnmu2jl6bvmknxdds95c-yyqyy7jls2kqexqlbmmcmzzh59jutrpbsdajqsfjd54qer7t1mnwksgk7wy8owc9fvhklizn7k2w8awuq-490x315backend

Putin Kremldən çıxmağa qorxur, hər il qatıldığı tədbirə getməyəcək – Peskov açıqladı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin son 15 ildə ilk dəfə olaraq sabah Novodeviçye qəbirstanlığına getməyəcək.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, prezident aprelin 23-də hər il qatıldığı Rusiyanın sabiq prezidenti Boris Yeltsinin anım mərasiminə getməyəcək.

Peskov bildirib ki, planda belə bir ziyarət yoxdur.

Xatrıladaq ki, Boris Yeltsin 2007-ci il aprelin 23-də vəfat edib. Putin isə istisnasız olaraq hər il onun anım tədbirinə qatılıb.

Onu da qeyd edək ki, sözügedən qəbiristanlıq Kremlin yaxınlığında yerləşir. Həmin qəbiristanlıqda dövlət xadimləri, tanınmış mədəniyyət, elm adamları dəfn edilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki