image-37backend

Paşinyan BRİKS sammitində iştirak edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.

Elchi.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib və əlavə edib ki, baş nazirin sammitdə iştirakı artıq bir ay əvvəl təsdiqlənib.

Ölkə liderləri ilə görüşlərin nəzərdə tutulub-tutulmaması sualına baş nazirin sözçüsü cavab verib. “Bu barədə əlavə məlumat veriləcək”. Qeyd edək ki, hökumətlə ənənəvi sual-cavab iclası sabah baş nazirin də iştirak edəcəyi Milli Məclisdə keçiriləcək. Böyük ehtimalla Nikol Paşinyan axşam saatlarında, parlamentin sual-cavab sessiyası başa çatdıqdan sonra Kazana yola düşəcək.

Xatırladaq ki, bu gün Kazanda BRİKS-in 16-cı sammiti başlayır. Bundan əvvəl Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin BRİKS sammitində iştirak edən bütün dövlətlərin liderləri ilə görüş keçirəcəyini bildirmişdi. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki