image-nepalde-heyelan-ve-sel-felaketi-193-kisi-hayatini-kaybetti-d8kkbackend

Nepalda torpaq sürüşməsi və sel fəlakəti: 193 nəfər həyatını itirib

Cənubi Asiya ölkəsi Nepalda günlərlə davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 193 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Nepal polisinin verdiyi açıqlamada ölkə daxilində baş verən sürüşmə və daşqınlar nəticəsində indiyədək 193 nəfərin öldüyü bildirilib. 31 nəfərin hələ də itkin düşdüyü, 96 nəfərin yaralandığı bildirilib.
Bildirilib ki, ölənlərin çoxu paytaxt Katmanduda qeydə alınıb, orada güclü yağışlar yağıb, şəhərin cənub hissəsinin əhəmiyyətli hissəsi su altında qalıb.
Katmandu və ətraflarında itkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Axtarış-xilasetmə rəsmiləri sürüşmə nəticəsində bəzi əsas yolların bağlandığını və avtomobillərin yolda qaldığını qeyd ediblər.
Ölkədə hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları can və mal itkisinə səbəb olur.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki