Rusiya hava hücumundan müdafiə qüvvələri Krım və Qara dəniz üzərində Ukraynanın 7 pilotsuz təyyarəsini vurub.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hücum Moskva vaxtı ilə saat 19:00-19:30 arasında baş verib.
” Yeddi Ukrayna pilotsuz uçuş aparatı hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib ” mətndə deyilir .
Onlardan beşinin Krım ərazisində , daha ikisinin isə Qara dəniz üzərində vurulduğu bildirilir.
Nuranə Məmmədova