Tehran ABŞ Prezidenti Donald Trampdan İranın nüvə proqramı ilə bağlı danışıqlara dair təklif almayıb.
Elchi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bu barədə jurnalistin müvafiq sualını cavablandıran zaman deyib.
Xatırladaq ki, martın 7-də Donald Tramp özünün sosial media hesabında İranın ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərdiyini yazıb. Birləşmiş Ştatların dövlət başçısının bəyanatını şərh edən Əli Xamenei bildirib ki, Vaşinqton yalnız öz maraqlarını düşünür, buna görə də İran ABŞ-la danışıqlara getməyəcək.