image-0c31e055-30aa-39a6-9e00-1a9266982d32_850backend

Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb, uçuş aparatı zərərsizləşdirilib

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki