Humanitar yardımların Qəzzaya müntəzəm çatdırılması regionda atəşkəsin davamlı olması üçün şərtdir.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O qeyd edib ki, İsrailin Qəzzaya humanitar yardımı dayandırması qəbuledilməzdir: “Bu, beynəlxalq hüququn pozulmasıdır. Yaxın Şərqdə davamlı sabitlik yalnız fələstinlilərin ədalətsizliyə son qoyulması ilə mümkündür”.
Bildirək ki, İsrail daha əvvəl Qəzzaya humanitar yardımların dayandırıldığını bildirib.
Xavər