Cari il Qəzza zolağında HƏMAS hərəkatı və İranla müharibə ili olacaq.
Elchi.az “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələri Baş Qərargahının yeni rəisi Eyal Zamir bildirib.
O bildirib ki, İsrail qüvvələri digər cəbhələri də tərk etməyi planlaşdırmır.
Baş Qərargah rəisinin sözlərinə görə HƏMAS-ın əsirlikdə saxladığı girovların azad edilməsi üçün bütün səylər göstəriləcək.
Xatırladaq ki, yanvarda İsrail Müdafiə Qüvvələri Baş Qərargahının keçmiş rəisi Herzi Halevi martda istefaya gedəcəyini bildirib və buna səbəb kimi 2023-cü il oktyabrın 7-də HƏMAS-ın Qəzza zolağından hücumu zamanı hərbçilərin uğursuzluğunu göstərib.
Xavər