İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında baş verən qarşıdurmalar zamanı 401-ci Zirehli Briqadanın komandiri polkovnik Ehsan Daqsanın öldürüldüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, Fələstinə qarşı hücumlarını davam etdirən İsrail Qəzzada böyük zərbə alıb.
İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada Qəzza zolağının şimalında baş verən qarşıdurmalar zamanı 401-ci Zirehli Briqada komandiri polkovnik Ehsan Daqsanın (41) öldürüldüyü bildirilib. “Cibaliyedəki əməliyyatlar zamanı Dəqsənin tankı və başqa bir tank partlayıcı ilə hədəfə alındı” deyən açıqlamada Dəqsanın öldüyü zaman tankın xaricində olduğu vurğulanıb. Hadisə nəticəsində 2 zabitin yaralandığı bildirilib.
Şayəstə Hüseynova