image-ihracat-treni-1478269_1backend

Hamburq qatar stansiyasında təhlükəli virus siqnalı

Almaniyanın şimalındakı Hamburqun əsas qatar stansiyasında sərnişinin təhlükəli virus daşıya biləcəyi şübhəsi ilə platforma bağlanıb.
Elchi.az xəbər verir ki, Frankfurtdan yüksək sürətli ICE qatarında səyahət edən bir sərnişin və sevgilisi qripə bənzər simptomlar göstərdikdən sonra tibb qrupları hərəkətə keçib.
Hamburq yanğınsöndürmə briqadasından verilən açıqlamada sərnişinin və onu müşayiət edən şəxsin xaricdən gəldiyi və orada yoluxmuş xəstəyə qulluq etdikləri bildirilib. Lakin onların hansı xəstəliklə mübarizə apardıqları barədə dəqiq məlumat verilməyib.
Bild qəzetinə danışan səlahiyyətlilər, sözügedən şəxsin tibb tələbəsi olduğunu və qızdırmasının olmadığını bildirib.
Hamburg Morgenpost saytının məlumatına görə, cütlük çərşənbə günü səhər Şərqi Afrika ölkəsi Ruandadan Frankfurta enib.
Ruanda hazırda Marburq virusu epidemiyası ilə mübarizə aparır və indiyədək 8 nəfər ölüb.
Hadisə yerinə gələn polis və yanğınsöndürmə qrupları sərnişini və sevgilisini özəl klinikaya göndərib.
Təhlükəsizlik tədbirləri çərçivəsində stansiyada 4 nömrəli platforma müvəqqəti bağlanıb, sonra yenidən açılıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki