“Finlandiyanın NATO-ya daxil olması Rusiyaya qeyri-rəsmi müharibə elanıdır”.
Bunu Rusiya Federasiya Şurasının senatoru Andrey Klimov deyib.
“NATO Rusiyaya qarşı elan olunmamış müharibə aparır. Ona görə də bu şərtlər altında hər hansı dövlətin NATO-ya daxil olması əslində Rusiyaya qeyri-rəsmi müharibə elanı deməkdir”, – Klimov bildirib.
Onun sözlərinə görə, ABŞ səkkiz ildir ki, Finlandiyada Rusiyaya qarşı ictimai rəyi israrla dəyişdirməklə məşğuldur: “Nəticədə, 2021-ci ildə rəy sorğuları göstərməyə başladı ki, kifayət qədər finlandiyalılar bu addımın zəruriliyinə əmindirlər”. /Azpost.info/