image-aa1t0oewbackend

Demokratların qalası olan Nyu Yorkda Trampdan güc nümayişi

Respublikaçılar Partiyasından prezidentliyə yenidən namizəd olan Donald Tramp prezidentlik yarışına son 6 gün qalmış Nyu-Yorkda tərəfdarları ilə güc nümayişi keçirib. Tramp çıxışında prezidentlikdəki rəqibi Kamala Harrisə və hazırkı prezident Co Baydeni sərt tənqid edib.
Elchi.az xəbər verir ki, ABŞ-da Demokratlar Partiyasının qalası kimi tanınan Nyu-York, 5 noyabr prezident seçkilərinə 8 gün qalmış Madison Square Garden-da Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp və vitse-prezidentliyə namizəd JD Vensin böyük mitinqinə şahidlik edib.
Təxminən 19.500 nəfərlik tutumu olan Madison Square Garden-ı tamamilə dolduran Tramp tərəfdarları Nyu York kimi bir şəhərdə sıx dəstək nümayişi ilə diqqət çəkib. Səlahiyyətlilər mitinqdə iştirak etmək üçün əraziyə təxminən 200 min insanın gəldiyini, salona girə bilməyən minlərlə tərəfdarın isə ərazidə qurulan nəhəng ekranlarda tədbiri izlədiyini bildirib.
Mitinq nitqində iqtisadiyyata geniş yer ayıran Tramp, “Qarşıdakı dövrdə ABŞ-da istehsal olunan nəqliyyat vasitələri üçün vergidən azad edəcəyik. “Biz xaricdən gələn nəqliyyat vasitələrinə əlavə vergilər tətbiq etməklə Amerika istehsalını qoruyacağıq. Tramp bu addımı ilə ABŞ iqtisadiyyatını canlandırmaq və Amerika sənayesini gücləndirməyi hədəflədiyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki