Finlandiya hakimiyyəti Rusiyanın ən azı beş daşınmaz əmlakını müsadirə edib.
Elchi.az xəbər verir ki, bu barədə yerli Helsingin Sanomat qəzeti məlumat yayıb.
Bir gün əvvəl məlum olmuşdu ki, Ukrayna enerji şirkətinin məhkəməsi nəticəsində Rusiya Elm və Mədəniyyət Mərkəzi (RXM) həbs edilib. Jurnalistlər analoji tədbirlərin tətbiq olunduğu daha beş obyekti aşkar edə bildilər. Onlardan üçü Aland adalarında, ikisi isə Helsinkidə yerləşir. Paytaxtdakı obyektlərin Teele ərazisindəki yaşayış binası və Lauttasaari adasındakı inzibati bina olduğu dəqiqləşdirilir.
Bundan əvvəl Finlandiyanın Ədliyyə Nazirliyi ölkədə daşınmaz əmlakın ruslara satılmasını qadağan edən qanun layihəsini təsdiqləyib. Tədbir Finlandiyanın milli təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulub.
Yeganə