Bryansk vilayəti üzərində təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) vurulub.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Aleksandr Boqomaz öz Telegram kanalında məlumat verib.
” Rusiya Federasiyası Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Bryansk vilayətinin ərazisində təyyarə tipli PUA aşkar edib və məhv ediblər”, – rəsmi yazıb.
Onun sözlərinə görə, tələfat və dağıntı olmayıb. Artıq hadisə yerinə təcili və operativ xidmətlər gəlib. Rayon rəhbəri hava hücumundan müdafiə bölmələrinə də təşəkkür edib.
Nuranə Məmmədova