Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzanın mərkəzində xəstəxana şəhərciyinə və köçkün mülki şəxslərin sığındığı məktəbə hücumundan sonra təcili atəşkəs çağırışını təkrarlayıb.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) sosial media hesabında mesaj paylaşıb. Mesajda “Qəzzada hava hücumu xəstəxana şəhərciyini hədəf aldı. İnsanların yatdığı çadırlar yandırıldı” ifadələri işlədilib.
Mesajda, hücumun BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) Yaxın Şərqdəki məktəbini də hədəf aldığı və məktəbin poliomielit peyvəndi üçün istifadə edilməsinin planlaşdırıldığı ifadə edilib.
Şayəstə Hüseynova