image-6702176e103afbackend

Beyrutun cənubunda partlayış baş verib

İsrailin hücumu altında olan Livanın paytaxtı Beyrutun cənubunda şiddətli partlayış baş verib.
Hizbullahın qalası kimi tanınan Dahiyə bölgəsindəki Leyleki məhəlləsində baş verən partlayışdan sonra ərazidən tüstü qalxmağa başlayıb.
Elchi.az xəbər verir ki, Partlayış İsrail Ordusunun sözçüsü Aviçay Adraeenin X hesabından Dahiyedə 6 nöqtəyə hücum edəcəyi ilə hədələməsindən sonra baş verib.
Sözçü Hurayk və Laylaki məhəllələrində 3 və Burj əl-Baracine 3 nöqtədə 6 nöqtəyə işarə edərək, təxliyə xəbərdarlığı etmişdi.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki