Elm adamları, Ayın səthindəki nəhəng kanyonların 10 dəqiqədən az müddətdə əmələ gəldiyini aşkar etdilər.
Elchi.az xəbər verir ki, alimlər, Ayın səthindəki nəhəng kanyonların 10 dəqiqədən az müddətdə əmələ gələ biləcəyini aşkar ediblər.
Arizonadakı Böyük Kanyon, milyonlarla il ərzində səthi aşındıran Kolorado çayı ilə formalaşmışdır. Ancaq suyun olmadığı bir mühitdə Ayda oxşar strukturların necə əmələ gəldiyi həmişə məlum deyildi.
Yeni araşdırmalara görə, böyük toqquşma nəticəsində Ayın səthində iki nəhəng kanyon bir-birindən bir neçə dəqiqə sonra yaranıb.
Şayəstə Hüseynova