image-6666backend

“Arayikin heç bir generalı yoxdur, bütün bunlar ermənilərin uydurmasıdır” 

Qarabağdakı erməni separatçıların rəhbəri Arayik Arutyunyan qanunsuz silahlı dəstələrin “komandirlər”ini bir araya gətirərək, onlarla iclas keçirib. Məlumata görə, Arutyunyan “generallar”a bir sıra tapşırıqlar verib. Arayik onlardan Qarabağın təhlükəsizliyini təmin etmək üçün ciddi addımların atılmasını istəyib. O, qanunsuz silahlı dəstələrlə rus sülhməramlılarının funksiyalarının birləşdirilməsinin zəruri olduğunu da dilə gətirib.

Maraqlıdır, Qarabağda nə baş verir? Ermənistanın Baş naziri Nikol Paşinyanın məsələyə adekvat reaksiyası olacaqmı?

Mövzu ilə bağlı  danışan politoloq Tofiq Abasov bildirib ki, Arayik və onun ətrafındakı “generallar” odu söndürüb, külü ilə oynayır:

“Müharibə bitib və bundan sonra onlar heç nəyə nail ola bilməyəcək. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağa cavabdehlik Azərbaycandadır. Bu yaxınlarda Qarabağda qalan qanunsuz silahlı birləşmələr manevr etməyə və istehkamlar qurmağa çalışırdı. Bütün bunları görən Azərbaycan Ordusu prosesi nəzarətdə saxlayaraq əməliyyat keçirdi və Fərrux kəndini nəzarətə götürdü. Təhülkələr dəf edildi və risklər aradan qaldırıldı. Orada ermənilər üçün heç bir möcüzə ola bilməz”.

Politoloq qeyd edib ki, Nikol Paşinyan da bütün bunları yaxşı başa düşür:

Arayik Arutyunyan özfəaliyyətlə məşğuldur. Çalışır ki, ətrafında olan insanlara özünün vacib mövqedə olduğunu təqdim etsin. O qondarma prezidentdir və verdiyi qərarların heç bir hüquqi əsası yoxdur. Ermənsitanın Baş naziri Nikol Paşinyan da bunu yaxşı başa düşür. Çünki Arayik sabun köpüyündən icad edilən bir “rəhbər”dir. Qarabağda yaşayan ermənilər öz müqəddəratını həll edə bilməz. Onlar orada qalmaq istəyirsə, bizim qanunlarımıza tabe olmalıdır. Əgər qanunlarımıza tabe olmasalar, bunun acısını yaşayacaqlar. Biz bunu Fərrux hadisələrində bir daha sübuta yetirdik. Başqa cür ehtimal yoxdur. Arayikin “generallar”ını toplaması tamamilə cəfəngiyyatdır. Əslində heç bir general yoxdur. Bütün bunlar ermənilərin uydurmasıdır. Ərazilərimizdə qalan terrorist erməni dəstələrinin generalı ola bilməz”.konkret.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki