image-1backend

“Amerikalılar və ruslar bir-birinə atəş açsalar, yeni dünya müharibəsi başlayacaq”

ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək. bunu NBC telekanalına müsahibəsində ABŞ prezidenti Cozef Bayden deyib.

Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır.

ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”.

Cozef Bayden həmçinin ABŞ vətəndaşlarını münaqişənin gərginləşməsi ehtimalına görə Ukraynanı tərk etməyə çağırıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki