image-rusiya-absbackend

ABŞ-dan non qrata qərarı – BMT-dəki 12 rusiyalı diplomatı qovuldu

Amerika Birləşmiş Ştatları Rusiyanın BMT-dəki 12 diplomatını persona non qrata elan edib və onlara martın 7-dək ölkəni tərk etməyi əmr edib.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Mən indicə məlumat aldım ki, ABŞ hökuməti Rusiyanın BMT-dəki missiyasına qarşı növbəti tədbir görərək, ev sahibi kimi öhdəliklərini kobud şəkildə pozub. Onlar Rusiya missiyasının əməkdaşlarından 12 nəfəri persona non-qrata elan edib və martın 7-dək ölkəni tərk etmək barədə xəbərdarlıq edib” – deyə diplomat qeyd edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki