image-347255354125126backend

Zelenski Şimali Koreya əsgərləri ilə toqquşduqlarını təsdiqləyib

Ukrayna prezidenti Zelenski Şimali Koreya əsgərləri ilə Ukrayna əsgərlərinin cəbhədə üz-üzə gəldiyini təsdiqləyib və “Şimali Koreya əsgərləri ilə ilk toqquşmalar dünyada yeni qeyri-sabitlik səhifəsi açdı” deyib.
Elchi.az xəbər verir ki, Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərməsinə reaksiyalar davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski yeni açıqlama verib. Rusiyaya qarşı müharibədə görülən son tədbirləri və görülən işləri izah etdiyi videoda Şimali Koreya məsələsinə toxunan Zelenski, “Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsinə reaksiya verən hər kəsə təşəkkür edirəm.”
Bəzi ölkələrin Ukraynanın təkcə sözlə deyil, həm də müdafiəsinə dəstək verdiyini qeyd edən Zelenski, “Təəssüf ki, adekvat cavab almadıqda terror virus kimi yayıla bilər” deyib. Buna görə də reaksiyalarının “kafi” və “güclü” olmasının vacibliyini vurğulayan Zelenski Şimali Koreya əsgərləri ilə Ukrayna əsgərlərinin cəbhədə üz-üzə gəldiyini təsdiqləyib və Şimali Koreya əsgərləri ilə ilk toqquşmalar dünyada qeyri-sabitliyin yeni səhifəsini açdı” deyib.
Beynəlxalq ictimaiyyəti dəstəkləməyə çağıran Zelenski, “Dünya ilə birlikdə Rusiyanın müharibəni genişləndirmək və qızışdırmaq üçün atdığı bu addımın uğursuzluğa düçar olması üçün hər şeyi etməliyik” deyib.

Şayəstə Hüseyonva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki