Zelenski Muskın mümkün qədər Ukraynanın tərəfində olmasını istəyirdi.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bloger Leks Fridmanla müsahibəsində amerikalı milyarder və sahibkar İlon Maska hörmət etdiyini və onun Kiyevin tərəfində “maksimum” olmasını arzuladığını bildirib.
Zelenski vurğulayıb ki, o, Maska hörmət edir, çünki onun kimi amerikalı da hər şeyə təkbaşına nail olub. Onun sözlərinə görə, belə insanlar dünyanı irəli aparır və hər kəs öz işinin nəticəsini görür. Dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinə “Starlink” peyk rabitəsindən istifadə etməyə imkan verdiyinə görə sahibkara da təşəkkür edib.
“Mən çox istərdim ki, İlon mümkün qədər bizim tərəfimizdə olsun ki, o, [Kiyevi] dəstəkləsin”, – Zelenski bildirib.
O, ümid edirdi ki, Mask nə vaxtsa “insanlarla danışmaq və baxmaq” üçün Ukraynaya gələcək.
Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski məşhur amerikalı bloqer Leks Fridmana qlobal və daxili siyasətin əsas məsələlərini müzakirə edən uzun müsahibə verib. Söhbətin mövzuları Donald Tramp və Vladimir Putinlə danışıqlar, dondurulmuş Rusiya aktivlərinin taleyi, Ukraynada gələcək prezident seçkiləri, eləcə də münaqişənin ilk günlərində Aleksandr Lukaşenkonun gözlənilməz zəngi və onun üzr istəməsi olub.
Şayəstə Hüseynova