“BRİKS sammitinin iştirakçısı olan ölkələr Rusiyanı dəstəkləyir”.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Teleqram kanalında bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsində neytrallıq Rusiya tərəfinə dəstək deməkdir.
“İnanıram ki, BRİKS sammitində olanlar və öz bitərəfliyindən danışanlar bu münaqişənin həllinə kömək etmək istədiklərini, daha çox Rusiyayönümlü görünmək istədiklərini söylədilər”, – prezident deyib.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş BRİKS sammitinin əhəmiyyətini qeyd edib və Kazan Kremlini dünyanın möcüzəsi adlandırıb. Onun sözlərinə görə, ölkələrin birləşdiyi bütün sammitlər çox vacibdir, çünki bunun sayəsində dünyada qlobal problemlər həll olunur.
Yeganə