image-5ead7340-caf0-432f-9d3e-5b34d027c0f0backend

ZƏFƏR YOLU

Bildiyimiz kimi, artıq 30 ilə yaxın olan bir müddətdə mənfur qonşu dövlətimiz tərəfindən  işğal olunmuş Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində 2020-ci ilin sentyabrında ölkəmizə qarşı növbəti təxribata və hərbi təcavüzə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün səfərbər və həmrəy olaraq Vətən müharibəsində öz tarixi qələbəsini qazandı.İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir.Füzuli–Şuşa avtomobil yolu və ya “Zəfər yolu” — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yoludur. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını etmişlər.

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı, unudulmaz səhifəsidir, həmçinin analoqu olmayan qəhrəmanlıq səhifəsidir . Bu, xalqımızın üzləşdiyi 30 illik ədalətsizliyə qarşı müqəddəs savaş idi, öz haqqına, əzəli torpaqlarına sahib çıxmaq uğ runda ümumxalq mücadiləsi idi.

Düşmənimizə diz çökdürən müharibənin qalibi Azərbaycan, işğaldan azad olunmuş bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini yenidən quracaq. Ermənistan isə tarixi boyu Azərbaycanın dəmir yumruğunun ağrısını hiss edəcək. Şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahidi olan “Zəfər yolu”nun açılması, həmin yolla əhalinin yenidən doğma yurda qayıtması – Qarabağa Böyük qayıdışı olacaq. “Böyük Qayıdış” planına uyğun olaraq işğaldan azad  olunmuş bütün ərazilərimiz tamamilə yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı, məişəti, məşğulluğu təmin ediləcək.

ELNARƏ RƏHİMOVA

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki