image-2304218_1backend

Yüzlərlə tarantula ilə qaçmağa çalışarkən tutuldu

Peru səlahiyyətliləri cənubi koreyalı yüzlərlə tarantula, qırxayaq və güllə qarışqası ilə ölkəni tərk etməyə çalışdığı iddiası ilə hava limanında yaxalayıb.
Elchi.az Washington Post-a istinadən xəbər verir ki, adı açıqlanmayan 28 yaşlı gənc noyabrın 8-də Perunun paytaxtı Limadakı Xorxe Çaves Beynəlxalq Hava Limanından təyyarəyə minərək ölkəsinə qayıtmağı planlaşdırırdı.
Təhlükəsizlik yoxlamaları zamanı məmurlar onun qarnının şişdiyini görüblər və cənubi koreyalıdan köynəyini çıxarmasını istəyiblər.
Perunun Milli Meşə və Vəhşi Təbiət Agentliyinin noyabrın 13-də verdiyi açıqlamaya görə, lent və kəmərlər vasitəsilə onlarla plastik qab kişinin bədəninə bağlanıb. Konteynerlərdən cəmi 35 yetkin tarantula, 285 bala tarantula, 110 qırxayaq və 9 güllə qarışqası çıxıb.
Səlahiyyətlilər bütün heyvanların vətəni Perunun Amazon bölgəsində olduğunu və tarantulaların nəsli kəsilmək təhlükəsi yüksək olan canlılar siyahısında olduğunu bildirir.
Fransa üzərindən Cənubi Koreyaya uçmağı planlaşdıran şəxs həbs edilib və ona qarşı cinayət işi açılıb. Tutulan heyvanların vəziyyəti ilə bağlı araşdırmalar davam edir.
Səlahiyyətlilər, tutulan heyvanların vətəni Perunun Amazon bölgəsi olduğunu və xüsusilə tarantulaların nəsli kəsilmək təhlükəsi altında olan növlər arasında olduğunu bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki