image-thumbs_b_c_8c234ce4cc8566dd09a152a8b2f64c37backend

Yaponiyanın baş naziri İşiba: Trampla görüşməyə ümid edirəm

Yaponiyanın baş naziri İşiba Şigeru ABŞ ilə ikitərəfli münasibətləri gücləndirmək üçün ölkənin seçilmiş prezidenti Donald Trampla görüşməyə ümid etdiyini bildirib.
Elchi.az xəbər verir ki, Kyodo News-un məlumatına görə, İşiba parlamentin ilin son iclasından sonra keçirilən mətbuat konfransında çıxış edib.
ABŞ- ın 47-ci prezidenti seçilən Trampla görüşmək arzusunda olduğunu bildirən İşiba görüşün nə vaxt keçiriləcəyi ilə bağlı hökumət daxilində müxtəlif fikirlərin olduğunu və “ən uyğun vaxtı” seçəcəyini bildirib.
Regional sülh və sabitliyin əhəmiyyətini vurğulayan İşiba, “İki ölkə arasındakı ortaqlığı inkişaf etdirmək üçün Şimal-Şərqi Asiyadakı vəziyyətlə bağlı razılığa gəlməyimiz çox vacibdir” – deyib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki