Pərviz Ağalarov
Bəzi vətəndaşlarımız Ukrayna -Rusiya müharibəsinə münasibətdə çaşqınlıq içərisində olduğundan bu sətirləri yazmaq qərarına gəldim. Bir az uzun yazı olacaq, amma maraqlananların səbrlə oxumasını rica edirəm.
Müharibəyə çevrilən bu münaqişənin kökləri heç də 2014-cü ilə dayanmır. Tarixi köklər çox dərindədir.
Hələ sovet otdusu sıralarında xidmət keçərkən hərbi hissədə olan ukraynalılar ilə ruslar arasında münasibətlərin yumşaq desəm, “sərin” olduğunu sezmişdim. Bunu sovet ordusunda məndən əvvəl xidmət keçmiş dost-tanış, qohum-əqraba da vurğulayırdılar.
Bizə münasibətləri isə çox yaxşı idi. Hörmətlə davranırdılar (zabitləri nəzərdə tuturam) .
Ukraynalı (biz onlara ” xaxol ” deyirdik, sonralar bunun ” kəkil ” sözündən yarandığını öyrəndim) zabitlərlə rus zabitləri bir- birini bəyənmirdilər. Amma ədalət naminə ukraynalıların daha savadlı və intizamlı olduqlarını qeyd eləməliyəm.
O vaxtlar mənə çox maraqlı gəlirdi ki, axı niyə bu iki slavyan qardaş bir -birini bəyənmir?
Hərbi xidmətdın sonra BDU-nun Tarix fakultəsində təhsil aldım və o zamandan tədricən bu qarşıdurmanın səbəbləri mənimçün aydınlaşmağa başladı.
Kiyev Rusu və moskallar, Reç Pospolita, Pereyaslavl toplantısı, Krım xanlığı və nəhayət bütün tarixi Ukrayna ərazilərinin Moskva knyazlığına tabe edilməsi kimi hadisələrlə yaxından tanış oldum. Malorus, Velikorus kimi terminlərin mənşəyi ilə tanış olandan sonra yuxarıda qeyd etdiyim məsələ üzərindən dumanlar çəkildi.
Brest -Litovsk sülhü, Lenin Rusiyasının Ukrayna Ali aradasını tanıması, sonralar vətəndaş müharibəsi adı ilə yenidən bolşeviklərin bu ərazilərə yiyələnməsi, Ukrayna SSR-in təşkili və SSRİ-nin tərkibinə qatılması, ötən əstin 30-cu illərində Qolodomor faciəsi haqqında məlumatlar isə ukraynalı – rus münasibətlərinin bütün mənzərəsini aydınlatdı.
BDU -da magistratura pilləsində təhsil alarkən magistr işimə uyğun olaraq qədim rus əlyazmaları ilə də yaxından ranış olmaq imkanı əldə etdim və Qazax alimi Oljas Süleymenovun “Az i Ya” kitabında irəli sürfüyü postulatların heç də diletant yanaşması olmadığını , onun nə qədər elmi əsaslara dayanan haqlı tezislər irəli sürdüyünün şahidi oldum.
Qədim Rus ilə türk etnosunun ( hun, xəzər , qıpçaq, peçeneq və s) qohum olduğunu öyrənəndən sonra “xoxol”ların bizə simpatiyasının səbəbinin dərin köklərə, genetik əsaslara söykəndiyini də öyrəndim. Ona qədər Kalka döyüşündə nəyə görə qıpçaqların rus knyazları ilə monqollara qarşı vuruşması mənə qəribə gəlirdi.
İndiki Ukrayna və Rusiya münasibətlərinin gərgin olma səbəbini öyrənmək istəyən varsa, bu hadisələri yüngül araşdırsın, cavabı elə də çətin deyil. Onda məlum olacaq ki, nəyə görə bu iki qardaş indi qarşı- qarşıya gəlir.
Bircə cümlə ilə qeyd edib keçəcəm: Moskvalılar (moskva knyazları) həmişə xaxollara yuxarıdan aşağı baxıblar. Baxmayaraq ki, sovet tarixşünaslığı orta əsrlərin ilk dövründə Kiyev Rusundan iftixarla bəhs edirdi. Çünki slavyan dediyimiz bu Şərqi Avropalıların tarixi elə Kiyev Rusundan o tərəfə də keçmir. Buna məcbur idilər. İndi bizə tarix və mədəniyyət dərsi verməyə çalışmalarına çox da inanmayın.
Xülasə , keçək mətləbə :
Putin deyir ki, Ukrayna adında dövlət olmayıb və bu adda dövlətin yaranması Lenin səhvidir.
Birinci hissə doğrudur. Bu ərazilərin böyük hissəsi XVIll ərsdə Moskva knyazlığına qatılıb. O vaxtdan “okraina ” , yəni uzaq əyalət adlandılımaöa başlanır.
Amma Rus adını da elə həmin moskallar “oğurlayıb”. 1721 -ci ildə l Pyotr bu adı mənimsəyib rəsmiləşdirir.
Lakin 1917- ci ildə çar Rusiyası dağılandan sonra Ukrayna adlı dövlət qurulur və Lenin Brest -Litovsk sülhü ilə Ukrayna Ali Radasının müdtəqilliyini tanıyır. Deməli, Putin bu məsələdə yanlışlığa yol verir. Leninə qədər də bu adda dövlət var idi və onun mövcudluğunu bolşevikıər də qəbul etməyə məcbur oldular, Ukrayna SSR təşkil edildi. Sovetlər Ukraynaya xoşbəxtlik gətirmədilər.
Məsələn, 1932-1933 -cü illərdə Ukraynanın şərqində süni qıtlıq yaradıldı, nəticədə 8 milyondan çox etnik Ukraynalı acından öldü (yuxarıda Qolodomor dediyim hadisə). Ukrayna xalqı bunu unutmur və hər il qeyd edir . 15 ölkə bu dəhşətli hadisəni soyqırım kimi tanıyıb.
İkinci ittiham: Ukrayna Qərbə doğru yön alır, NATO və Avropa Bilirinə daxil olmaq istəyir, Putin isə NATO ilə 1997 -ci ildə imzalanmış sazişə görə haqlıdır, onun Şərqə doğru genişlənməsi bu sazişin pozulması və Rusiya üçün təhdiddir. Rusiyanın Ukrayna müdaxiləsinin də (əslində təcavüzünün) səbəbi elə budur. Yəni, Zelenski doğru-düzgün addım atmıt və müharibəyə də bu səbəb olub.
Yaxşı onda sual olunur ki, Ukrayna bir yana, niyə sovet şinelindən çıxmış Şərqi Avropa ölkələri , həmçinin Pribaltika ölkələri həvəslə NATO-ya və AB-nə daxil oldular ? Niyə?
Axı SSRİ dağılmışdı , onları sanki ciddi təhlükə gözləmirdi…
Məsələ də elə bundadır. Şərqi Avropa dövlətləri 1956-cı il Macarıstan hadisələrini, 1968 -ci il “Praqa baharı”nı unutmamışdılar.
Həmçinin, Rusiyanın Dnestryanı bölgəyə qoşun yeritməsi, Abxaziya və Osetiyanı qamarlaması, 2008-ci ildə Gürcüstana hücumu, Qarabağ münaqişəsində məlum rolu, Çeçenistan hadisələri yaddan çıxmayıb, bunlar yaxın tarixdi. Başqa sözlə SSRİ-dən ayrılan yeni respublikalar rus ayısının pəncəsindən, imperialist siyasətindın qurtula bilmirlər !
Əslində Putin Rusiyası keçmiş SSRİ respublikalarını Qərbə – NATO və AB-nə özü “itələyir”. Sonra da kənarda “günahkar keçi ” axtarır !
Rusiya nə qədər ki imperialist siyasətindən əl çəkmir, post – sovet məkanı ölkələrini öz ərazisi və ya “nüfuz dairəsi” hesab edir, keçmiş SSRİ- ni bərpa etmək niyyətini gizlətmir , bu belə də davam edəcək.
Başqa sözlə, Ukraynanın Qərbpərəst siyasət yürütməsinin əsil səbəbkarı elə Rusiyanın , daha dəqiqi Putinin özüdür.
Elə buna görə beynəlxalq hüquqa (indi bu söz çox gülməli səslənir) tüpürərək, başqa dövlətin – Ukraynanın ərazisinə qoşun yeridən Rusiya haqsızdır və təcavüzkar dövlətdir. Bu birmənalı olaraq belədir !
Onun Ukraynaya təcavüzünü oyuncaq DXR və LXR-in dəvəti iddiası ilə bağlaması isə 100 il bundan əvvəlki (AXC-nin süqutunu yada salaq) təcavüzü pərdələmə siyasətindən qətiyyən fərqlənmir.
P.s. mən iddia etmirəm ki, Zelenski aydan arı, sudan durudur. O daha təmkinli mövqe də sərgiləyə bilərdi.
Amma əslən slavyan yox yəhudi olan Zelenski üçün görünür slavyan “qardaşlığı ” o qədər də əhəmiyyət kəsb eləmir və bir də görünən odur ki, o daha çox qudurmuş Rusiyanın Qərb tərəfindən cəzalandırma layihəsinin tərkib hissəsi olmağa üstünlük verib. Bu məsələdə o həm də yuxarıda sadaladığım tarixi faktorlardan məharətlə yararlanır.
P.s.s. İstənilən halda Putin Ukraynaya təcavüzünü dayandırmalıdı. Bu təcavüz Rusiya və rus xalqı üçün heç də yaxşı sonluq vəd eləmir.
Çökmüş və dağılmış Rusiya isə, nə qədər paradoksal səslənsə belə , indiki dövrdə Azərbaycana da sərf eləmir.
Bizə Rusiya lazımdı, iqtisadi və siyasi əlaqələr baxımdan və bölgəmizdə balansı saxlamaq üçün bu çox vacibdir.
Amma güclü yox, zəif Rusiya ! Təcavüzkar yox, velikorus şovinizmindən, təcavüzkar niyyətlərindən , ” böyük qardaş” statusundan əl çəkib yaxın qonşuları ilə bərabərhüquqlu müstəvidə hərtərəfli əlaqələr quran Rusiya !
Onda heç bir dövlət NATO-nu arzulamaz və belə münaqişələrin də yaranmasına əsas qalmaz!