Ukrayna ordusunun iki gün öncə döyüşlərdə məhv etdiyi rusiyalı polkovnik, Kostroma hava-desant alayının komandiri Sergey Suxarev 2014-cü ildə Donetsk vilayətinin İlovaysk şəhərində xeyli ukraynalı əsgərin öldürülməsi əməliyyatına rəhbərlik etdiyi məlum olub. Alp.az xəbər verir ki, Ukrayna prokurorluğu 8 il öncə polkovnikə qarşı cinayət işi də açıb.
Beləliklə, 8 il sonra Ukrayna ordusu İlovayskda güllələnən əsgərlərinin intiqamını alıb.
Məlumata görə, onun müavini mayor Sergey Krılov da onunla birlikdə öldürülüb.
Kostroma şəhərinin 331-ci qvardiya paraşüt-hücum alayının polkovniki Sergey Suxarev eyni alayın baş serjantı Sergey Lebedev, serjant Aleksandr Limonov və kapral Yuri Deqtyaryovla birlikdə Ukraynada həlak olub.
Onlar Rusiyanın ən elit döyüş qüvvələri arasında sayılan “şanlı” Kostroma alayından öldürülənlər arasında idilər. Rusiya baş serjant Sergey Lebedev, çavuş Aleksandr Limonov və kapral Yuri Deqtyaryovun da həlak olduğunu etiraf edib.
Suxarev yanvar ayında Qazaxıstanda etiraz dalğasını yatıran qoşunlara rəhbərlik etdiyi də məlub olub.