image-32backend

Trampdan ETİRAF: Putini hədələyib...

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücum olacağı təqdirdə Moskvanı vuracağı ilə hədələdiyini bildirib.

Elchi.az xəbər verir ki, Tramp bunu oktyabrın 18-də dərc olunan “The Wall Street Journal”a müsahibəsində deyib.

“Dedim ki, Vladimir, əgər sən Ukraynanın arxasınca düşsən, səni o qədər vuracağam ki, inanmayacaqsan. Mən o pis Moskvanın mərkəzini vuracağam. Biz dostuq, bunu etmək istəmirəm, amma başqa seçimim yoxdur”,-deyə Tramp bildirib.

Trampın sözlərinə görə, Putin ona “Ola bilməz” cavabını verib:

“Dedim ki, sənə belə bir zərbə vurulacaq, mən də o şeytan günbəzləri sənin başından çıxaracağam”. Çünki bilirsiniz, o, günbəzlərin altında yaşayır”.

Tramp Putinlə söhbətinin nə vaxt və hansı şəraitdə baş verdiyini açıqlamayıb. O, əlavə edib ki, onun Rusiya Federasiyasının prezidenti, eləcə də Çin prezidenti Si Cinpinlə əla münasibətləri var. Trampın sözlərinə görə, həm Si Cinpin, həm də Vladimir Putin onun dəli olduğunu bilirlər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki