ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkədə qeyri-qanuni mühacirlərin kütləvi deportasiyası planına milli fövqəladə vəziyyətin elan edilməsi və ordunun daxil olacağını təsdiqləyib.
Elchi.az xəbər verir ki, Tramp Truth sosial media platformasındakı hesabından bir kəlmə ilə bu məsələ ilə bağlı iddialara aydınlıq gətirib.
Tramp özünü etiketləyən və paylaşan bir şəxsə “Doğrudur” cavabını verib: “Xəbərə görə, Tramp administrasiyası milli fövqəladə vəziyyət elan etməyə hazırlaşır və (Joe) Baydenin kütləvi deportasiya proqramı ilə işğalını geri çevirmək üçün hərbi varlıqlardan istifadə edəcək”.
Şayəstə Hüseynova