İranın xarici işlər naziri Abbas Əraqçi ərəb dövlətinin İslam Respublikasındakı nümayəndəsinin yaxın bir neçə gün ərzində ABŞ prezidenti Donald Trampın məktubunu təhvil verəcəyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi yazır.
Çərşənbə günü səhər Nazirlər Kabinetinin iclasının kənarında danışan yüksək səviyyəli iranlı diplomat deyib ki, ABŞ prezidenti Donald Tramp məktubu yazsa da, İran rəsmiləri məktubu hələ də almayıb.
“Məktub yazılıb, lakin hələ bizə çatmayıb”, – İranın xarici işlər naziri təsdiqləyib.
O, həmçinin qeyd edib ki, ərəb ölkəsinin xüsusi nümayəndəsinin məktubu Tehrana çatdırması üçün tədbirlər görülüb.
ABŞ prezidenti Donald Tramp martın 7-də İranla nüvə sazişi üzrə danışıqlar aparmaq istədiyini açıqlayıb və cümə axşamı onun rəhbərliyinə danışıqlara razılıq verəcəklərinə ümid etdiyini bildirən məktub göndərib.
“Mən dedim ki, ümid edirəm danışıqlar aparacaqsınız, çünki bu, İran üçün daha yaxşı olacaq”, – Tramp “Fox Business Network”-ə müsahibəsində deyib.
“Düşünürəm ki, onlar bu məktubu almaq istəyirlər. Digər alternativ odur ki, biz nəsə etməliyik, çünki başqa nüvə silahının ortaya çıxmasına icazə verə bilmərik”.
Məlumdur ki, məktub İranın ali lideri Əli Xamneyiyə ünvanlanıb və Tramp orada danışıqlar aparmaq istədiyini bəyan edib.
Yeganə