image-qeza-18backend

Beyləqanda ağır qəza: 6 nəfər xəsarət aldı

Beyləqanda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Elchi.az xəbər verir ki, rayonun Daşburun qəsəbəsində hərəkətdə olan “Mersedes” markalı avtomobil qarşıdan gələn VAZ- 21015 markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobildəki sərnişinlərdən 6 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılardan 4-nün Füzuli, 2-nin isə Beyləqan rayon sakini olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki