Rusiya prezidenti Vladimir Putin hərbi forma geyinərək bir hissəsi Ukrayna ordusunun nəzarətində olan Kursk vilayətində komanda mərkəzinə baş çəkib.
Elchi.az xəbər verir ki, Kremlin video paylaşımına görə, Ukrayna 2024-cü il avqustun 6-da sərhədə girdikdən sonra bölgəyə ilk dəfə səfər edən Putin hərbi kamuflyajda komanda mərkəzinə gəlib. Putin Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovdan regiondakı vəziyyətlə bağlı brifinq alıb.
Gerasimov bildirib ki, Ukrayna ordusunun ötən ilin avqustunda daxil olduğu Kursk vilayətində 1100 kvadrat kilometrdən çox ərazinin 86 faizinə uyğun olan ərazi azad edilib. Son 5 gündə 24 yaşayış məntəqəsinin və 259 kvadrat kilometr ərazinin geri alındığını bildirən Gerasimov, Ukrayna ordusunun Kursk vilayətində itkilərinin 67 min əsgəri keçdiyini bildirib.
Baş Qərargah rəisi Gerasimov, “Kiyev Kursk vilayətində tramplin yaratmaq və vəziyyəti danışıqlar predmetinə çevirmək istəyirdi. Kiyevin Rusiya coğrafiyasında planları iflasa uğradı” dedi.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki bölmələrinin mühasirəyə alındığını, təcrid olunduğunu və sistemli şəkildə məhv edilməsinin davam etdiyini qeyd edən Gerasimov deyib: “Rusiya qoşunları dövlət sərhədinə ən qısa zamanda çatmaq məqsədi ilə Rusiya ərazilərini azad etməyə davam edir”. ifadəsini işlətdi.
Şayəstə Hüseynova