ABŞ-ın Nyu-Cersi ştatında sərnişin hava limanının mühafizəsindən keçərkən şalvarında gizlənmiş canlı tısbağa ilə yaxalanıb.
Elchi.az xəbər verir ki, Pensilvaniyada yaşayan və şəxsiyyəti açıqlanmayan sərnişin Newark Liberty Beynəlxalq Hava Limanında təhlükəsizlik yoxlamasından keçərkən, bədən skaneri qasıq nahiyəsində anormallıq aşkar etdikdən sonra saxlanılıb.
Mühafizəçilər məəttəl qaldılar
ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) verdiyi açıqlamaya görə, şübhəlinin üzərində aparılan axtarış zamanı şalvarında gizlədilmiş əşyanın olduğu müəyyən edilib.
Sərnişin zabitlərin sualları üzərinə əlini şalvarına soxaraq kiçik mavi dəsmala bükülmüş təxminən 13 santimetr uzunluğundakı tısbağanı çıxartdı.
Səlahiyyətlilər heyvanın ev heyvanı kimi məşhur olan qırmızı yanaqlı tısbağa növünə aid olduğunu bildirib.
O, təyyarəsini buraxıb, araşdırma başlayıb
Hadisədən sonra sərnişin Port Authority polisi tərəfindən nəzarət-buraxılış məntəqəsindən uzaqlaşdırılıb və uçuşdan yayınıb. Tısbağa səlahiyyətlilər tərəfindən müsadirə edilib.
TSA New Jersey Regional Təhlükəsizlik Direktoru Thomas Carter, “Biz əvvəllər səyahətçilərin paltar və ya baqajlarında silah və ya bıçaq kimi təhlükəli əşyaları gizlətməyə çalışdıqlarını görmüşük, lakin bu, ilk dəfədir ki, sərnişin şalvarında canlı tısbağanı gizlədir”.
Hadisənin hansı səbəbdən baş verdiyi və sərnişinin niyə tısbağanı bu şəkildə gizlətməyə çalışdığı hələlik bəlli olmasa da, araşdırmanın davam etdiyi bildirilir. Sərnişinin hər hansı cəza alıb-almayacağı hələ ki, qaranlıq qalır.
Şayəstə Hüseynova