Alimlər əvvəllər görünməmiş bölgədən gələn sirli radio siqnalları aşkar ediblər.
Elchi.az xəbər verir ki, Təxminən 10 ildir ki, Böyük Ayı bürcündən müntəzəm olaraq hər iki saatdan bir radio siqnalları qəbul edilir. Y
Uzunmüddətli müşahidələr və müxtəlif teleskoplardan əldə edilən məlumatlar bu siqnalların mənbəyi haqqında yeni ipuçları verdi.
Mütəxəssislər siqnalların iki ölü ulduzdan gəldiyini düşünürlər. Onlardan biri qırmızı cırtdan ulduz, digəri ağ cırtdan ulduzdur.
İkili sistemdə bir-birinin orbitində fırlanan bu ulduzların maqnit sahələrinin qarşılıqlı əlaqədə olduğu və hər iki saatdan bir toqquşduğu, radiosiqnallar yaydığı təxmin edilir.
Şayəstə Hüseynova