ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp ikinci prezidentlik müddətinə hazırlıqlarını davam etdirərkən, vəzifəyə gəldikdən sonra nazirlər kabinetinin və yaxın komandasının adlarını tədricən müəyyən etməyə başlayıb. Tramp ən maraqlı insanlardan biri olan İlon Maskı Səmərəlilik Naziri təyin edib.
Elchi.az xəbər verir ki, təyinatla bağlı açıqlamasında Tramp bildirib ki, Mask və Ramasvami əməkdaşlıq edəcək və abbreviaturası “DOGE” olan nazirliyə rəhbərlik edəcəklər.
Donald Tramp bəyan edib ki, Mask və Ramasvami hökumət bürokratiyasının aradan qaldırılmasına, həddindən artıq tənzimləmələrin azaldılmasına, israfçı xərclərin azaldılmasına və federal qurumların yenidən qurulmasına yol açacaq.