Misir Suriyada sabitliyi və insanların və ərazilərin birliyini təmin edəcək siyasi prosesin başlanmasına çağırıb.
Elchi.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyi Baas administrasiyasının 61 ildən sonra devrildiyi Suriyadakı vəziyyətlə bağlı açıqlama verib.
Bəyanatda, “Suriya tarixindəki bu kritik dövr, diktə və xarici müdaxilələr olmadan, Suriyanın milli mülkiyyəti altında hərtərəfli siyasi prosesin başlanması üçün bütün xalqın birgə səyini tələb edir” – ifadəsi işlədildi.
Bildirilib ki, sözügedən siyasi proses “ölkənin sabitliyini və Suriyanın bütün təbəqələri ilə xalqın birliyini dəstəkləməli və qorumalıdır ”.
Bəyanatda “Suriyadakı bütün milli qüvvələrə qarşı hərtərəfli və əhatəli yanaşmanın qəbul edilməsi lazımdır” və həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əməl olunmasının zəruriliyi də ifadə edilib.
Nuranə Məmmədova