image-000backend

SON DƏQİQƏ: Ukraynada daha iki Rusiya podpolkovniki öldürülüb 

Ukraynada həlak olan rusiyalı hərbçilərinin sıralarına raket artilleriya diviziyasının komandiri, Tatarıstandan olan polkovnik-leytenant Dmitri Domidontov qatılıb. Onunla birlikdə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı artilleriyaçı Aleksandr Okrujnov həlak olub. Həmçinin qərargah rəisi, Altay diyarından olan mayor Oleq Lisovski və dəniz piyadaları tağımının komandiri, baş leytenant Bekham Verdixanov da həlak olub. Bu barədə Dialoq.UA Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefanın Telegram kanalına istinadən xəbər verir.

Qeyd olunur ki, polkovnik-leytenant Domidontov martın 20-də məhv edilib. Ukraynalı müdafiəçilər üç rusiyalı zabitinin: bölmə komandiri, batalyon komandiri və aviasiya nəzarətçisi olan blindajı vurublar. “Onlar artıq Ukraynaya və onun xalqına qarşı hərbi cinayətlər törətməyəcək”, – Stefan bildirib.

Dormidontov Ukraynada “təlimlər” zamanı öldürülən ikinci tatarıstanlı polkovnik-leytenantdır. Bundan əvvəl Kazanlı Renat Qaysin məhv edilib.

image-999image-0

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki