image-a0147d06-399d-43ac-9540-f58541d7a5d2_cx0_cy10_cw0_w1023_r1_sbackend

Rusiya dörd ordu topladı, böyük müharibəyə aylar qaldı!

Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya aylardır Ukraynanın şərqindən və cənubundan “bütün Kiyevə qədər işğal etməyi hədəfləyən” böyük hücuma hazırlaşır. Ordularını cənubda Dnepr çayı və şərqdə Donetsk bölgəsi yaxınlığında toplayan Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşmək və hücumdan əvvəl mümkün sülh şərtlərini görmək istəyir.
Elchi.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte bu yaxınlarda bəyan edib ki, Rusiya “Ukraynanı xəritədən silməyə” çalışacaq və müharibəni Avropanın digər ölkələrinə aparmaqda qərarlıdır. Avropa ölkələrinin Baş Qərargah kabinetləri və baş nazirləri bir ilə yaxındır ki, vətəndaşlara “Rusiya ilə mümkün müharibəyə hazır olun” sözləri ilə xəbərdarlıq edir. Rusiyanın aparıcı hərbi ekspertlərindən Mixail Kodareno daha əvvəl “Haber Global Web Özel”ə verdiyi açıqlamada Moskvanın qarşıdakı aylarda müharibənin nəticəsini müəyyən edəcək böyük bir hücuma keçəcəyini bildirmişdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) yaxınlığı ilə tanınan beynəlxalq müdafiə nəşri The War Zone (TWZ) tərəfindən kəşfiyyat və hərbi mənbələrdən əldə edilən məlumata görə, bu hücum çox yaxında baş verə bilər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki