image-nhsniupflkm2gwn5wvnf9gbackend

Rusiya ABŞ-ın İrana mümkün hücumu ilə bağlı xəbərdarlıq edib

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İran və ABŞ arasında müharibə ehtimalı ilə bağlı belə bir ssenaridən qaçmaq lazım olduğunu vurğulayaraq, “Çünki bu ssenari bütün region üçün dəhşətli nəticələrə gətirib çıxara bilər” deyib.
Elchi.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasında çıxışı zamanı ABŞ və İran arasında yaşanan gərginliklə bağlı açıqlamalar verib.
İran və ABŞ arasında müharibə ehtimalını qiymətləndirən Rudenko, belə bir ssenaridən qaçınılması lazım olduğunu vurğulayaraq, “Çünki bu ssenari bütün region üçün dəhşətli nəticələrə gətirib çıxara bilər. Biz Rusiyanın yeni bir məsələnin həlli prosesinə sürüklənməsini istəmirik. Ancaq belə bir ehtimal hələ də mövcuddur. Bununla bağlı hökumətimiz lazım olanı edəcək” deyib.
Rudenko bildirib ki, Moskva danışıqlarda ABŞ və İrana dəstək verməyə hazırdır.
Rudenko Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinə toxunaraq qeyd edib:
“Bu müqavilədə İranla hərbi ittifaq və ya qarşılıqlı hərbi yardım nəzərdə tutulmur. Bununla belə, müqavilədə belə bir bənd var ki, Rusiya və İran təcavüzkar ölkəyə hücuma məruz qalacağı təqdirdə ona hərbi dəstək verməyəcək. Ona görə də belə bir ssenarinin olacağı təqdirdə Rusiya İrana hərbi dəstək verməyə borclu deyil”.
Digər tərəfdən, Rusiya Dövlət Duması Rusiya ilə İran arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib.
Yanvarın 17-də Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında saziş imzalayıblar.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki