Panama Kanalının istismarı və idarə olunmasına cavabdeh olan Panama Kanalı İdarəsinin rəsmisi Ricaurte Vasquez kanalın Panamada qalacağını vurğuladı və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ABŞ-ın kanala nəzarəti ələ keçirə biləcəyi ilə bağlı iddialarını rədd edib.
Elchi.az xəbər verir ki, Associated Press-ə (AP) danışan Vasquez, kanalda fəaliyyət göstərən Çin mərkəzli şirkətlərin 1997-ci ildə tender prosesini qazanan Honq-Konq konsorsiumunun bir hissəsi olduğunu, ABŞ və Tayvan şirkətlərinin də kanalda iştirak etdiyini söylədi kanal boyu digər ərazilərdə də fəaliyyət göstərdiyini xatırladıb.
Vaskes Trampın ABŞ-ın kanala nəzarəti ələ keçirə biləcəyi ilə bağlı iddialarını rədd edərək, belə bir iddianın “əsassız” olduğunu bildirib.
Vasquez vurğuladı ki, Panama kanalı bütün ölkələrin ticarəti üçün açıqdır və kanalın neytrallıq razılaşmasına görə ABŞ gəmilərinə “xüsusi rəftar” verilə bilməz.
Vasquez qeyd edib ki, istisnalarla bağlı tələblər müntəzəm olaraq rədd edilir və neytrallıq sazişinin yeganə istisnası ABŞ-ın sürətli keçid hüququna malik hərbi gəmiləridir.
Vasquez kanalın ödənişləri haqqında deyib: “Qiymət qaydaları kanaldan keçən hər kəs üçün eynidir və dəqiq müəyyən edilib”. dedi.
Şayəstə Hüseynova