image-trump-depophotos-2315198_1backend

“Panama kanalını Çin əsgərləri idarə edir” – Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kinayəli Milad mesajında ​​”Panama kanalını Çin əsgərləri idarə edir” deyərək kanalla bağlı gündəmi qurmağa davam edib. Tramp Kanadanın ABŞ-ın 51-ci ştatı olması ilə bağlı əvvəlki açıqlamalarını da təkrarlayıb
Elchi.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Tramp Truth Social adlı sosial şəbəkədə Milad bayramı ilə bağlı istehzalı ifadələrdən ibarət mesaj dərc edib.
Tramp mesajında ​​“Hər kəsə, xüsusən də Panama kanalını xoşbəxt, lakin qeyri-qanuni şəkildə idarə edən Çinin böyük əsgərlərinə Milad bayramı mübarək” deyib.
ABŞ-ın 110 il əvvəl Panama kanalının tikintisində 38 min insan itirdiyini və kanalın təmirinə hər il milyardlarla dollar xərclədiyini, lakin kanalda söz sahibi olmadığını müdafiə edən Tramp, bunu dəyişməyin vaxtının çatdığını bildirib.
Tramp Kanadanın ABŞ-ın 51-ci ştatı olması ilə bağlı əvvəlki açıqlamalarını da təkrarladı və Kanadanın baş naziri Castin Trüdo üçün yenidən “qubernator” ifadəsini işlədib.
Donald Trampın açıqlamalarına panamalılar, eləcə də Panama prezidenti Xose Raul Mulino küçələrə çıxaraq reaksiya verib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki