image-8backend

Mask: “Kaliforniya süni intellektlə bağlı qanunu qəbul etməlidir”

Amerikalı sahibkar İlon Mask Kaliforniyada süni intellektə əsaslanan sistemlərin təhlükəsizlik sınaqlarının məcburi keçirilməsini tələb edən qanun layihəsini dəstəkləyib.

Elchi.az xəbər verir ki, Mask bu qərarın asan olmadığını bildirib.

“Hesab edirəm ki, bəlkə də süni intellektin təhlükəsizliyinə dair SB 1047 qəbul edilməlidir”, – deyə iş adamı sosial media səhifəsində yazıb.

Qanun layihəsinə avqustun sonuna kimi baxılması planlaşdırılır. Ştat qanunvericiləri tərəfindən qəbul edilərsə, süni intellektə əsaslanan sistemlərdən istifadə edən şirkətlər onları təhlükəsizlik baxımından mütləq sınaqdan keçirməli olacaqlar.

Daha əvvəl Mask süni intellektlə bağlı qlobal fəlakət ehtimalını 10-20% qiymətləndirmişdi. Eyni zamanda o, insanları optimist olmağa çağırıb.

Yeganə

Mənbə: Vesti.ru

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki