Marsdan qoparaq Yerə çatan meteorit Qırmızı Planetin maye su tarixi ilə bağlı yeni məlumatlar ortaya çıxarıb. Lafayette Meteoriti adlanan və Purdue Universitetində saxlanılan bu meteorit, Marsda suyun mövcudluğu üçün kritik bir dövr haqqında ipucu verir.
Elchi.az xəbər verir ki, Alimlər demək olar ki, Marsda maye suyun nə vaxtsa mövcud olduğuna əmindirlər. Lakin suyun nə vaxt mövcud olduğu və miqdarı kimi təfərrüatlar hələ də bəlli deyil.
Tədqiqatçılar Qırmızı Planetdən Yerə düşən meteoritlərlə yanaşı Mars aparatlarının tapıntılarını araşdıraraq bu suallara cavab axtarırlar.
Lafayette Meteoriti təxminən 11 milyon il əvvəl Marsa asteroidin dəyməsi nəticəsində kosmosa səpələnmiş parçalardan biridir. 1931-ci ildə ABŞ-ın Purdue Universitetində çekmecedə aşkar edilən bu meteoritin buraya necə gəldiyi dəqiq bilinməsə də, üzərində aparılan araşdırmalar dəyərli nəticələr ortaya qoyur.
Şayəstə Hüseynova