image-normand_2now18backend

Macarıstan Aİ-dən çıxmaq imkanından danışıb

Macarıstan Avropa İttifaqından ( Aİ ) çıxmaq niyyətində deyil.
Elchi.az xəbər verir ki, Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Szijarto İspaniyanın “El Debate” qəzetinə müsahibəsində ölkənin Aİ-dən çıxma ehtimalından danışıb.
O, Macarıstanın Avropa İttifaqına üzvlüyünü dayandırmağı düşünüb- qoşmadığına dair suala mənfi cavab verib . Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Macarıstan tərəfi gələcəkdə Avropanın necə olmasını müzakirə etmək hüququnu özündə saxlayır.
Bundan əlavə, onun sözlərinə görə, Avropa İttifaqı ikili standartlar və ikiüzlülük tətbiq edir. O qeyd edib ki, Aİ uğurlu mühafizəkar hökumətin bu qədər uzun müddət mövcud ola biləcəyinə inana bilmir, buna görə də Macarıstan Brüsselin sanksiyalarına və siyasi təzyiqinə məruz qalıb .
Daha əvvəl Szijarto bildirmişdi ki, Avropa İttifaqı üzv ölkələr arasında sanksiyaların tətbiqi məsələsində razılıq əldə olunmasa, qanunu “zorlamağa” hazırdır. Onun fikrincə, avropalılar bəzi məsələlərin yalnız yekdilliklə həll edilməli olmasına baxmayaraq, səs çoxluğu ilə həll etməyə cəhd edə bilərlər.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki