Lavrov Dohada İraqın xarici işlər naziri Fuadla görüşüb.
Elchi.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dohada İraqın xarici işlər naziri Fuad ilə görüşüb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.
Görüş Doha Forumu çərçivəsində baş tutub. Müzakirə mövzusu açıqlanmayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə, Rusiya Federasiyası və İranın xarici işlər nazirlərinin dekabrın 7-də Suriyadakı vəziyyəti müzakirə edəcəklərini bildirmişdi.
Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.
Dekabrın 5-də Suriya ordusu komandanlığı qoşunların Həmadan geri çəkildiyini elan edib.
Kreml Suriyadakı vəziyyəti diqqətlə izlədiyini bəyan edib.
Şayəstə Hüseynova